Logistika xidməti
Logistika və nəqliyyat sistemləri haqqında geniş məlumatımız və 10 illik logistika xidməti təcrübəmizlə sizin üçün ən yaxşı həll yolunu tapacağıq. Sifarişlərinizin təyinat nöqtəsinə vaxtında, təhlükəsiz və uyğun büdcə ilə çatacağına əmin ola bilərsiniz. Air Cargo Azərbaycan logistika xidməti göstərən şirkətinin anbar və distribusiya fəaliyyətlərinə qabaqcıl texnologiya, strateji imkanlar, quru, hava və dəniz yolu yükdaşımaları ilə dəstəklənən tam xidmət idarəetmə sistemi daxildir. Anbarımız məkan olaraq uyğun mövqeyi ilə yanaşı, xüsusi yükləmə qurğularının da rahat fəaliyyətinə imkan verir.