İş imkanları

Air Cargo istedadlı və özünə güvənən komanda üzvləri axtarışındadır.

Aşağıda vəzifələr haqqda məlumat ala bilərsiniz. Müraciətiniz uğurla göndərildikdən sonra təsdiq e-poçtu alacaqsınız.
Satış meneceri
İşin təsviri

İşin təsviri/Vəzifə

Satış meneceri olaraq əsas vəzifələriniz satış, biznesin inkişafı və müştəri əlaqələrini idarə etmək olacaqdır. İcraçı direktora hesabat verməklə yanaşı əsas vəzifələrinizə aşağıdakılar da daxil olacaqdır:

• Müştərilərlə satış sövdələşmələrini müzakirə etmək və mütəmadi olaraq izləmək.
• Sifarişlərin, müqavilələrin idarə edilməsi  və biznesin inkişafına dəstək
• Müştərilərlə güclü biznes əlaqələrinin qurulması üçün daimi əlaqə

Bundan əlavə, regional və beynəlxalq konfranslara qatılmaq, hər il müştəriləri ziyarət etmək və şirkət üçün yeni bazarlar/imkanlar axtarmaq vəzifələriniz arasında olacaqdır.

Tələblər:

Satış meneceri vəzifəsinə uyğun namizəd aşağıdakılara sahib olmalıdır:

• Bakalavr dərəcəsi . Biznesin idarə edilməsi, Təchizat zənciri və Logistika ixtisaslarına üstünlük veriləcəkdir.
• Satış və təchizat zənciri sahəsində minimum 5 illik təcrübə.
• Müştərilərlə əlaqələr, satış və biznesin inkişafı fonunda güclü kommunikasiya bacarığı
• Güclü komanda idarəetmə təcrübəsi, yaxşı liderlik və ünsiyyət bacarıqları.
• İngilis/Rus dillərində sərbəst danışmaq

Uğurlu namizədə iş günü ərzində nəqliyyat, uçuşlar və satış marjasından 10% bonus daxil olmaqla 1000 AZN xalis əmək haqqı təklif olunacaqdır.

Müraciət et

    Logistika əməliyyatları üzrə asistent
    İşin təsviri

    İşin təsviri/Vəzifə

    Logistika əməliyyatları üzrə asistent beynəlxalq yükdaşıma əməliyyatlarının ümumi koordinasiyası və idarəedilməsindən məsul olacaqdır. Logistika əməliyyatları üzrə menecerə dəstək olmaqla yanaşı əsas vəzifələrinizə aşağıdakılar da daxil olacaqdır.

    • Logistika Meneceri ilə koordinasiyada olaraq, daxili müştərilərə daşımaların vəziyyətinə dair lazımi məlumat və məsləhətlər vermək.
    • Tariflər və daşıma tələbləri üçün nəqliyyat xəttləri və ekspeditorlarla əlaqə qurmaq və danışıqlar aparmaq
    • Sifarişlərin planlaşdırılması və idarəsi
    • İdxal və ixrac əməliyyatlarının idarə edilməsi

    Tələblər:

    Logistika əməliyyatları üzrə asistent vəzifəsinə uyğun namizəd aşağıdakılara sahib olmalıdır:

    • Bakalavr dərəcəsi . Biznesin idarə edilməsi, Təchizat zənciri və Logistika ixtisaslarına üstünlük veriləcəkdir.
    • Minimum 1 illik təcrübə.
    • İngilis/Rus dillərində sərbəst danışmaq
    • Beynəlxalq yükdaşıma şərtlərini bilmək (INCOTERMS)
    • Microsoft Word və Excel-dən səlis istifadə bacarıqları

    Uğurlu namizədə iş günü ərzində nəqliyyat və performansa görə aylıq bonus daxil olmaqla 500 AZN xalis əmək haqqı təklif olunacaqdır. 6 aylıq təcrübədən sonra maaş işçilərin performansına uyğun olaraq artacaqdır.

    Müraciət et

      © 2021 All rights reserved
      Air Cargo Azerbaijan