İncoterms 2020
incoterms 2020
Beynəlxalq ticarət şərtlərinin asanlaşdırılması və anlaşılmazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan Incoterms® şərtlərinin ilk versiyası 1936-cı ildə təqdim olunmuşdur. Bu ticarət şərtləri 1957, 1967, 1976, 1980, 1990, 2000 və 2010-cu illərdə qlobal ticarətdə baş verən dəyişiklikləri müşayiət edərək yenilənmişdir. Beynəlxalq Ticarət Palatası (The International Chamber of Commerce — ICC) 2019-cu ildə öz yüz illiyi münasibətilə İncoterms-in 9-cu versiyasını (Incoterms® 2020) hazırladığını elan etdi. INCOTERMS 2020 ilə 2010-cu ildə buraxılmış şərtlərə aşağıdakı yeniliklər gətirilmişdir: Əsas dəyişikliklərdən biri EXW və DDP şərtlərinin tələblərində müxtəlif dəyişikliklərin olunmasıdır. DAT (Delivered at Terminal) təslim şəkli DPU (Delivered at Placed Unloaded) yerində nəqliyyatdan boşaldılmadan çatdırılma şərti əlavə olunmuşdur. DPU yeganə İncoterm şərtidir ki, məhsullar son istinad yerində boşaldırlmadan çatdırılır. CIP və CIF üçün fərqli miqdarlarda minimum sığorta şərti müəyyənləşdirildi. CİF ilə edilən ixracat fəaliyyətindən minimum sığorta həddi eyni olmasına baxmayaraq, CİP ilə edilən ixracdakı minimum sığorta miqdarı “All Risks” olaraq müəyyən olundu. Incoterms® 2010-da olduğu kimi Incoterms® 2020 də iki əsas qrupda qruplaşdırılır. (i) İstənilən nəqliyyat növü və ya növləri; (ii) yalnız dəniz və daxili su yolu nəqliyyatı ilə. Incoterms® 2020-nin qruplarını aşağıdakı kimi xülasələşdirə bilərik: Qrup I (İstənilən nəqliyyat növü və ya növləri)
  1. EXW — Ex Works
  2. FCA — Free Carrier
  3. CPT — Carriage Paid To
  4. CIP — Carriage And Insurance Paid To
  5. DAP — Delivered at Place
  6. DPU — Delivered at Place Unloaded (DAT –Delivered at Terminal əvəz edir, Incoterms® 2010)
  7. DDP — Delivered Duty Paid
Bu qrupda olan yeddi Incoterms® seçilmiş nəqliyyat növünün tipindən asılı olmayaraq istifadə edilə bilər. Bunlar heç bir dəniz nəqliyyatı istifadə olunmadıqda da və ya daşımanın bir hissəsi kimi gəmi istifadə olunduqda da tətbiq edilə bilər. Qrup II (yalnız dəniz və daxili su yolu nəqliyyatı ilə)
  1. FAS — Free Alongside Ship
  2. FOB — Free on Board
  3. CFR — Cost And Freight
  4. CIF — Cost, Insurance And Freight
Dünyanın fərqli istiqamətlərindən karqo daşımaları zamanı Incoterms® şərtlərinin öncədən düzgün qaydada razılaşdırılması böyük əhəmiyyətə malikdir. Azərbaycana idxal zamanı adətən satıcılar böyük ölçülü yükləri EXW və FOB şərtləri, kiçik ölçülü yükləri isə CIP və DAP şərtləri ilə çatdırırlar. Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında öz xüsusi çəkisi olan Air Cargo Azerbaijan, sizə yükləriniz gəlmədən öncə hansı sənədlərin lazım olacağı və düzgün sənədləşmə prosesi haqqında ətraflı məlumat verməklə dəstək olmağa hər zaman hazırdır. Incoterms® 2020 haqqında daha ətraflı məlumat üçün Beynəlxalq Ticarət Palatasının rəsmi vebsaytına nəzər yetirə bilərsiniz.